RU

Tramp qiymətlərlə bağlı gurultulu vəd verib...

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp seçkilərdə qalib gələcəyi təqdirdə amerikalılar üçün elektrik enerjisinin dəyərini bir il ərzində yarıya endirəcəyinə söz verib...

Poliqon TASS Agentliyinə istinadən xəbər verir ki, bundan əlavə, respublikaçı təbii qazın ixracına qoyulan qadağanı aradan qaldıracağını da vəd edib.

“Mən sizə söz verirəm, and içdiyim andan 12 ay ərzində enerji və elektrik enerjisinin qiymətini yarıya endirəcəyəm. 12 ay ərzində enerji qiymətləri 50% azalacaq”, deyə Tramp tərəfdarları qarşısında çıxışı zamanı bildirib.

Saveonenergy.com portalına görə, hazırda ABŞ sakini üçün orta hesabla aylıq elektrik haqqı 147 dollardır. Elektrik enerjisinə görə ən çox pulu Havay ştatının sakinləri - 218 dollar ödəyir, ən aşağı elektrik haqqını isə Yuta ştatının sakinləri - 90 dollar ödəyir.

Xatırladaq ki, noyabrın 5-də ABŞ-da prezident seçkiləri keçiriləcək. Trampın Demokrat partiyasından olan rəqibi vitse-prezident Kamala Harrisdir.

Poliqon.info

Избранный
20
poliqon.info

1Источники