RU

Mövsümün qol rekordu

Misli Premyer Liqasının 2024-25 mövsümünün qol rekordu qeydə alınıb.

Futbolinfo.az saytının məlumatına görə, 8-ci turun 5 oyununda qapılara ümumilikdə 19 top vurulub. Bu da mövsümün ən yüksək göstəricisidir.

Buna qədər rekord 7-ci turda vurulan 17 qol idi. Həmçinin ilk dəfə bir turda meydan sahibləri ümumilikdə 10 qol səddinə çatıblar. 5 qarşılaşmada qonaqlar 12, ev sahibləri isə 7 dəfə mərkəzə dəvət olunublar.

Bu qollardan 7-ni azərbaycanlılar, 12-ni əcnəbilər vurublar. Yerlilər qol baxımından 1-ci turdakı rekordlarını təkrarlayıblar.

Избранный
9
1
futbolinfo.az

2Источники