RU

Səudiyyə Ərəbistanı Livanı dəstəkləyir...

Səudiyyə Ərəbistanı münaqişənin kəskinləşməsi fonunda Livana dəstək vermək niyyətindədir...

Səudiyyə Ərəbistanı İsrailin “Hizbullah”a qarşı əməliyyatının başlamasından sonra “kritik vəziyyətdə” qalan Livan sakinlərinə tibbi və humanitar yardım göstərmək niyyətindədir.

Poliqon xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Livandakı qardaşları dəstəkləyərək krallığın rəhbərliyi Livan xalqına bu kritik şəraitdə onlara dəstək olmaq üçün onlara tibbi və humanitar yardım göstərilməsini əmr edib”, deyə Nazirliyin X səhifəsində dərc edilən sənəddə deyilir.

Bəyanatda qeyd edilir ki, krallıq Livandakı vəziyyəti böyük narahatlıqla izləyir və respublikanın suverenliyi və ərazi bütövlüyünün qorunmasının tərəfdarıdır.

Səudiyyə Ərəbistanı bu qarşıdurmada qardaş Livan xalqına dəstəyini bir daha təsdiqləyi”", deyə XİN-in məlumatında vurğulanır.

Poliqon.info

Избранный
6
3
poliqon.info

6Источники