RU

"Real Madrid"dən zədəli Mbappeyə qəribə qadağa

"Real Madrid" zədəli hücumçusu Kilian Mbappeyə "Atletiko Madrid"lə derbi zamanı tribunada olmasına icazə verməyib.

News24.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Fransanın "L'Equipe" nəşri məlumat yayıb.

Məlumata görə, fransalı futbolçu derbi zamanı komandasına dəstək olmaq üçün stadionda olmaq istəyib. Lakin tribunada baş verə biləcək hər hansı insidentə yol verməmək üçün "Real Madrid" rəhbərliyi Mbappeyə tribuna qadağası qoyub.

Mbappe kral klubunun "Alaves" üzərində 3:2 hesablı qələbəsi ilə yekunlaşan matçda zədələnib.

Xatırladaq ki, İspaniya La Liqasının 8-ci turu çərçivəsində keçiriləcək "Atletiko" - "Real" qarşılaşması sentyabrın 29-u Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Избранный
1
3
news24.az

4Источники