RU

Martinika: Etirazların və səfalətin kökündə dayanan 350 illik vergi

Fransanın dənizaşırı Martinika departamentində ötən həftə başlayan etirazların kökü yenə də bir neçə əsr geriyə, müstəmləkəçiliyin ilk dövrlərinə nəzər yetirmək lazım gəlir.

"İki sahil" Fransa Milli Statistika İnstitutuna (INSEE) istinadla xəbər verir ki, 2023-cü ildə Martinikada qiymətlər metropol Fransa ilə (Fransanın Avropadakı ərazisi) müqayisədə 40 faiz baha olub. Bunun səbəbi isə fransızların təbirincə desək, “dənizin töhfəsi”dir. İqtisadi dillə desək, dəniz vergisi.

Dəniz vergisi hələ 1670-ci ildə, XIV Lüdovikin maliyyə nəzarətçisi Jan-Batist Kolber tərəfindən tətbiq edilib. Kolber o zaman kralı inandırmışdı ki, bu vergi sayəsində adanın saxlanma xərcləri qarşılanacaq. O vaxtdan Fransada bir-birini əvəz edən siyasi rejimlər bu vergini nəinki azaldıb, tam əksinə, vergiyə cəlb olunan malların siyahısını genişləndirilib. Hazırda min səhifəlik siyahıda müxtəlif nomenklatura və kateqoriyalar üzrə 5900 məhsul yer alır.

Bəzi illərdə Martinikada büdcəsinin 50 faizi bu vergi hesabına formalaşıb. Məsələn, yerli istehsal olan biskvitə 2 faiz vergi tətbiq olunduğu halda, idxal məhsula 15 faiz tətbiq edilir. Parisdə 2,80 avro olan peçenye Martinikada 10,69 avroyadır.

Dəniz vergisi Martinika ilə paralel olaraq Fransa Qvianası, Mayot, Qvadalupa və Reünyonda da tətbiq edilir və tətbiq olunduğu bütün regionlarda qiymət artımına səbəb olur. Yerli əhali Martinikada istehsalı mövcud olmayan məhsullara ifrat vergi tətbiqini absurd hesab edir. Fransanın Hesablama Palatası da bu vergini bahalığın başlıca səbəblərindən biri kimi göstərir.

Verginin ləğvi ilə bağlı fikirlər səsləndirilsə də, ortada konkret addım yoxdur.

Избранный
10
2
ikisahil.az

3Источники