Rusiyanın Baş naziri Mixail Mişustin İrandan sonra Ermənistana səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabineti məlumat yayıb.
Səfər oktyabrın 1-də baş tutacaq. Mixail Mişustin İrəvanda Avrasiya Hökumətlərarası Şurasının iclasında və Avrasiya İqtisadi Forumunun “Müasir reallıqlarda rəqəmsallaşma – dörd azadlığın təmin edilməsi üçün imperativ” mövzusunda plenar iclasında iştirak edəcək.
Qeyd edək ki, Rusiya Baş naziri sentyabrın 30-da İranda səfərdə olacaq.