RU

DİN mobil tətbiqlərlə bağlı əhaliyə müraciət edib

Bakı. TurkicWorld:

Daxili İşlər Nazirliyi mobil tətbiqlərlə bağlı əhaliyə müraciət edib.

Bu barədə TurkicWorld DİN-in mətbuat xidmətinə istinadən xəbər verir.

“Cihazınıza yüklədiyiniz tətbiqlərlə əlaqəli təhlükəsizlik tədbirlərinə laqeyd yanaşmayın. Şəxsi və bank kartı məlumatlarınızın güvənliliyini qorumaq üçün bu çox vacibdir”, - deyə DİN-dən bildirikib.

Qeyd edilir ki, tətbiqləri yükləyərkən nələrə diqqət etməlisiniz?

- Qeyri-rəsmi mənbələrdən tətbiqləri yükləməyin və cihazınızın parametrlərində qeyri-rəsmi (məlum olmayan) mənbələrdən quraşdırılmalara icazələri qeyri-aktiv edin;
- Yalnız rəsmi tətbiqlərdən istifadə edin və onları yalnız rəsmi mağazalardan (Google Play, App Store) yükləyin;
- Quraşdırdığınız tətbiqlərə və verdiyiniz icazələrə diqqət yetirin;
- Tətbiqin etibarlılığını araşdırın. Yalnız tətbiqə tam etibar etdiyiniz halda onu quraşdırın.

Избранный
5
23
turkic.world

10Источники