RU

ABŞ-da “Helen” qasırğası su anbarlarına təhlükə yaradıb

ABŞ-da

Bakı, 30 sentyabr, AZƏRTAC

ABŞ-ın cənub-şərq hissəsində “Helen” qasırğası nəticəsində ölənlərin sayı 91 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, xilasedicilər axtarışları davam etdirir. Təbii fəlakət qurbanlarının sayının artacağı istisna edilmir.

ən ağır vəziyyət Şimali Karolina ştatında müşahidə olunur. Burada təkcə bir qəsəbədə 30 ölüm qeydə alınıb.

ABŞ Federal Fövqəladə Hallar Agentliyi bildirir ki, yollara, tikililərə, su və kommunikasiya sistemlərinə ciddi ziyan dəyib. 2,5 milyon abonentin elektrik təchizatı kəsilib. 3 ştatda daşqın və su anbarlarının bəndlərinin dağılmaq riski var.

Избранный
32
1
azertag.az

2Источники