RU

"Helen” qasırğası nəticəsində ölənlərin sayı 90-a çatıb

ABŞ-nin cənub-şərqində “Helen” qasırğasının ölkəni vurması nəticəsində azı 90 nəfər ölüb. SİA xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Belə ki, təbii fəlakət nəticəsində Şimali Karolinada ən azı 36, Cənubi Karolinada 24, Corciyada 17, Floridada 11, Virciniyada daha iki nəfər həlak olub.

Qasırğa səbəbindən Florida, Corciya, Şimali Karolina, Cənubi Karolina, Tennessi və Virciniya ştatlarının təxminən 2,68 milyon sakini işıqsız qalıb.

Bundan əvvəl “Helen” qasırğasının 65 nəfərin həyatına son qoyduğu bildirilirdi.

Избранный
10
4
sia.az

8Источники