RU

Leonid Slutski: Heydər Əliyev "Baykal-Amur magistralı" layihəsinin həyata keçirilməsində unikal rol oynayıb

Heydər Əliyev "Baykal-Amur magistralı" layihəsinin həyata keçirilməsində unikal rol oynayıb.

Bunu Trend BİA, CBC kanalı və AzTV dövlət televiziyasına müsahibəsində Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri, Rusiya Liberal Demokrat Partiyasının (LDPR) sədri Leonid Slutski deyib.

"Demək olar ki, o, layihənin koordinatoru, kuratoru və rəhbəri idi. Təbii ki, "Bamstroy"un rəhbəri Sosialist Əməyi Qəhrəmanı, həm də əfsanəvi insan Yefim Vladimiroviç Basin idi. Əgər belə demək olarsa, ən yüksək koordinasiyanı Heydər Əliyev həyata keçirib. O vaxt indiki bir çox ciddi rəhbərlər, o cümlədən 8 il Rusiya Federasiyasının nəqliyyat naziri olmuş, indi isə Rusiya prezidentinin müşaviri olan İqor Yevgenieviç Levitin - BAM-da işləyirdi. Levitin sadəcə hərbi komendaturanın əməkdaşı olsa da, illər sonra Heydər Əliyev onu tanıdı. Heydər Əliyev Baykal-Amur magistralının tikintisinə çox vaxt keçirirdi. O, layihəyə Moskvadan deyil, tikinti yerində rəhbərlik edirdi. Və məhz Heydər Əliyevin sayəsində BAM həqiqətən qısa müddətdə tamamlandı", - deyə, o bildirib.

Onun sözlərinə görə, Heydər Əliyev müxtəlif vəzifələrdə, o cümlədən SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işləyərkən tarixi və əfsanəvi xarakter daşıyan proqram və layihələrin həyata keçirilməsinə çox böyük əmək sərf edib.

"BAM hələ də mövcuddur və bizim dəmir yolu sistemimizin, indiki Rusiyanın ən mühüm komponentidir. Beləliklə, burada Heydər Əliyevin rolu tamamilə unikaldır. BAM-la əlaqəli olan hər kəs, onların övladları, nəsli həmişə BAM-ın tikintisini xatırlayarkən Heydər Əliyevi də xatırlayacaqlar", - deyə, L.Slutski əlavə edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Избранный
2
1
milli.az

2Источники