Bakı. Trend:
Kolumbiyanın şərqində "Huey II" helikopterinin qəzaya uğramasınəticəsində ölkənin Hərbi Hava Qüvvələrinin (HHQ) səkkiz üzvü həlakolub.
Trend-inməlumatına görə, bu barədə respublika prezidenti Qustavo Petroözünün "X" hesabında məlumat yayıb.
"Humanitar missiya ilə Viçada departamentində olan HHQ-ninsəkkiz əməkdaşının həlak olduğunu elan etməkdən təəssüflənirəm.Ölkə üçün bu kədərli anda onların ailələri ilə həmrəy olduğumubildirirəm", - deyə Petro yazıb.
Kolumbiya HHQ qəza nəticəsində təyyarədə olan bütün personalınhəlak olduğunu təsdiqləyib. Qəza zamanı helikopter ekipajı tibbievakuasiya missiyasını yerinə yetirirdi.
Hadisənin səbəbləri hələ müəyyən edilməyib.