RU

Şirvanda iki avtomobil toqquşdu, dörd nəfər xəsarət aldı

Şirvan rayonunda baş verən yol qəzasında xəsarət alanlar var.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə şəhərin Hacıqəhrəmanlı qəsəbəsində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində qəsəbə sakinləri 2007-ci il təvəllüdlü Müslümov Həsən Afət oğlu, 2008-ci il təvəllüdlü Nəsirova Fatimə Eynulla qızı və hələlik şəxsiyyəti məlum olmayan daha iki nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar. vakansiyalar

Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Избранный
5
15
yenisabah.az

10Источники