RU

DİN-dən xəbərdarlıq: - Nələrə diqqət etməlisiniz?

Daxili İşlər Nazirliyi bir daha vətəndaşları şəxsi və bank kartı məlumatları ilə bağlı təhlükəsizlik tədbirlərinə ciddi yanaşmağa çağırıb.Axar.az xəbər verir ki, bu barədə DİN-in mətbuat katibi Elşad Hacıyev bildirib.“Cihazınıza yüklədiyiniz tətbiqlərlə əlaqəli təhlükəsizlik tədbirlərinə laqeyd yanaşmayın. Şəxsi və bank kartı məlumatlarınızın güvənliliyini qorumaq üçün bu çox vacibdir. Tətbiqləri yükləyərkən nələrə diqqət etməlisiniz?- Qeyri-rəsmi mənbələrdən tətbiqləri yükləməyin və cihazınızın parametrlərində qeyri-rəsmi (məlum olmayan) mənbələrdən quraşdırılmalara icazələri qeyri-aktiv edin;- Yalnız rəsmi tətbiqlərdən istifadə edin və onları yalnız rəsmi mağazalardan (Google Play, App Store) yükləyin;- Quraşdırdığınız tətbiqlərə və verdiyiniz icazələrə diqqət yetirin;- Tətbiqin etibarlılığını araşdırın. Yalnız tətbiqə tam etibar etdiyiniz halda onu quraşdırın”, - o qeyd edib.

Избранный
10
22
dia-az.info

10Источники