RU

Tramp uduzsa, ABŞ seçkiləri sonuncu olacaq - İlon Mask

Noyabrda ABŞ-da keçiriləcək prezident seçkiləri Respublikaçı namizəd Donald Trampın uduzacağı təqdirdə ABŞ üçün sonuncu seçki ola bilər.

Ucnoqta.az xəbər verir ki, bu fikri İlon Mask X-də yazıb.

“Çox az amerikalı başa düşür ki, Tramp seçilməsə, bu, sonuncu seçki olacaq. O, heç bir halda demokratiya üçün təhlükə deyil, onu xilas edə biləcək yeganə şəxsdir."

Mask Demokratların namizədi Kamala Harris prezident seçkilərində qalib gələrsə, qeyri-qanuni mühacirlərin gəlməyə davam edəcəyinə və tədricən vətəndaşlıq və növbəti seçkilərdə səsvermə hüququ qazanacağına inandığını qeyd edib.
 Beləliklə, sahibkar hesab edir ki, miqrantların səsini qazanaraq Demokratlar Partiyası dörd ildən sonra rəqabətdən kənarda qalacaq və ABŞ-da yeganə seçkilər demokratların praymerizləri olacaq.

Избранный
24
1
ucnoqta.az

9Источники