RU

Bakıda yeniyetmə 4-cü mərtəbədən yıxılaraq komaya düşüb

Bakının Yasamal rayonunda bədbəxt hadisə nəticəsində 14 yaşlı oğlan ağır xəsarətlər alıb.

 

APA xəbər verir ki, hadisə Əsəd Əhmədov küçəsində baş verib.

 

Belə ki, 2010-cu il təvəllüdlü Hüseynzadə Fərid Fəxri oğlu binanın 4-cü mərtəbəsindən yıxılıb.

 

O, ağır xəsarətlər alıb. Yaralı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, F. Hüseynzadə komatoz vəziyyətində xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

 

Hadisənin dəqiq səbəbi araşdırılır.

Избранный
8
24
senzor.az

10Источники