RU

İranda növbəti helikopter qəzası

İranın cənub-şərqində helikopter qəzası baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.

Məlumata görə, helikopter qəzasında Yəmən husilərinin İrandakı koordinatoru Məhəmməd Əbdüs-Salam və bir neçə nəfər həlak olub.

Qəzanın başvermə səbəbləri müəyyənləşdirilir.

Xatırladaq ki, builin mayında İran Prezidenti İbrahim Rəisi də helikopter qəzasında həlak olub. Həmin qəzada ölkənin xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti də olub.

Избранный
9
28
operativmm.az

10Источники