RU

Payız gəldi – əsdi küləklər...

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Bu barədə mətbuata Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Havanın temperaturu gecə 14-18° isti, gündüz 22-26° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 faiz, gündüz 40-45 faiz olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-17° isti, gündüz 22-27° isti, dağlarda gecə 4-8° isti, gündüz 8-13° isti olacaq.

Q.QASIMOV
XQ

Избранный
11
1
xalqqazeti.az

10Источники