RU

Azərbaycanın XİN başçısı BMT Baş Assambleyasının 79-cu sessiyasının ümumi müzakirələrində çıxış edib

Bakı. Trend:

Xarici işlər naziri nazir Ceyhun Bayramov BMT BaşAssambleyasının 79-cu sessiyasının ümumi müzakirələrində çıxışedib.

Trend xəbər verirki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

“Xanımlar və cənablar, Baş Assambleyanın 79-cu sessiyasınınprezidenti vəzifələrini icraya başlaması münasibətilə zati-aliləriFilemon Yanqı təbrik edir və əvvəlki sessiyaya rəhbərlikedilməsində göstərdiyi müstəsna səylərinə görə fəaliyyətiniyekunlaşdıran zati-aliləri cənab Dennis Frensisə təşəkkür edirəm.Həmçinin Birləşmiş Millətlər Təşkilatının nəcib məqsədlərinə nailolunması naminə davamlı səylərinə görə BMT-nin baş katibi,zati-aliləri cənab Antonio Quterreşə təşəkkürümü bildirirəm.Xanımlar və cənablar, dünya heç bir ölkənin tək başına öhdəsindəngələ bilməyəcəyi geniş spektrli çağırışlarla mübarizə aparmağadavam edir. Daha da kəskinləşən qlobal iqlim böhranı, artanqeyri-bərabərliklər, ortaya çıxan bölünmələr və kəskinləşəngərginliklər şərait və məkandan asılı olmayaraq hər birimizə təsiredir. Artıq çoxtərəfliliyin heç kəsi geridə qoymadan işlədiyini vəvahid səslə çıxış edə bildiyini nümayiş etdirməyin vaxtıdır.Beynəlxalq hüququn hamı tərəfindən qəbul edilmiş fundamental normavə prinsiplərinə riayət olunmaması və yanlış təfsir edilməsi iləbeynəlxalq siyasət hazırkı vəziyyəti qarşıdurma ilə xarakterizəolunur. Çoxtərəfliliyin davamlı eroziyası fonunda BirləşmişMillətlər Təşkilatının beynəlxalq həmrəyliyi və əməkdaşlığıgücləndirməyi davam etdirməsi çox vacibdir. BMT Nizamnaməsininprinsipləri və məqsədləri beynəlxalq münasibətlərin əsas normativçərçivəsini təşkil edir və selektiv yanaşma olmadan, ardıcılşəkildə tətbiq edilməlidir. Hər bir ölkənin bərabər səsə malikolmasını və eyni əsasda rəftar görməsini təmin etmək BMT-ninmandatına daxildir.

Bu baxımdan, Azərbaycan mərkəzində BMT dayanmaqla, beynəlxalqhüququn hamı tərəfindən qəbul edilmiş norma və prinsiplərinin ciddiriayət olunmasına və ayrı-seçkilik olmadan tətbiq edilməsinəəsaslanan canlandırılmış və islahatlar aparılmış çoxtərəflisistemin tərəfdarıdır.Dürüstlük və çeviklik, konstruktivlik,əməkdaşlıq ruhunda görülən işlərə və əldə edilən nailiyyətlərəəsaslanaraq, BMT Təhlükəsizlik Şurasının islahatları üzrə təciliirəliləyişə ehtiyac var.

Biz bir həftə əvvəl keçirilən “Gələcəyin Sammiti” adlı vacibtədbiri beynəlxalq hüquqa, BMT Nizamnaməsinə, çoxtərəfliliyə vəbeynəlxalq əməkdaşlığa dair birgə öhdəliyimizin yenilənməsi kimibaxırıq. Gələcək üçün Pakt, onun razılaşdırılmış nəticələri hamıüçün daha yaxşı, dayanıqlı və firavan dünya qurmaq məqsədi daşıyanlayihədir. Kollektiv öhdəliklərimizi real və qətiyyətli fəaliyyətəçevirməyin vaxtıdır.

Xanımlar və cənablar, qlobal iqlim böhranı onilliklər ərzindəəldə edilmiş tərəqqiyə təhdid yaradır, bəşəriyyətin gələcəyinitəhlükə altına qoyur və həssas ölkələrə qeyri-mütənasib təsirgöstərir. Beynəlxalq münasibətlərdə artan fikir ayrılıqlarıdiqqətimizi əsrin ən böyük transmilli problemi olan iqlimdəyişikliyi kimi bir reallıqdan yayındırmamalıdır. Qlobaltemperatur artımını 1.5 selsi dərəcəyədək məhdudlaşdırmaq üçünindiyədək görülmüş işlər kifayət deyil. Gələcək naminə, dayanıqlıinkişaf üzrə qlobal baxışa dair öhdəliklərimizi reallaşdırmaq üçüntəcili, birgə və davamlı səylərin vaxtı yetişib. 2024-cü ilinnoyabr ayında Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) evsahibliyi edəcək. “Yaşıl Dünya naminə Həmrəylik” çağırışını rəhbərtutaraq, Azərbaycan həm inkişaf etmiş, həm də inkişaf etməkdə olanölkələri bir araya gətirmək, birgə öhdəlik və mənəvi vəzifəqismində iqlim çağırışlarını həll etmək məqsədilə əməkdaşlıq ruhunugücləndirmək istiqamətində səylərini əsirgəməyəcəkdir. Cari ildəCOP29-a ev sahibliyi və sədrlik etmək üçün bizə göstərilən etimadAzərbaycanın iqlim gündəliyinə rəhbərlik etməyə və qlobal iqlimfəaliyyətinə töhfə verməyə hazır olduğunun beynəlxalq ictimaiyyəttərəfindən tanındığını və qəbul edildiyini təsdiq edir.Başlamaqdaolan sədrliyi çərçivəsində Azərbaycan COP29-u şəffaf, qərəzsiz,inklüziv və tərəflərə yönələn yanaşma əsasında həyata keçirəcəyinəsadiqliyini bir daha bəyan edir. Biz bu il iqlim maliyyəsi başdaolmaqla ambisiyanın genişləndirilməsi və fəaliyyətin artırılmasınaxidmət edən iki paralel sütuna əsaslanan baxışımızı təqdim etmişik.Bu sütunlar bir-birini qarşılıqlı şəkildə gücləndirir, bir sütunüzrə tərəqqi o biri sütuna güclü dəstək siqnalı göndərir. COP29sədrliyi kimi əsas gözləntimiz iqlim maliyyəsi üzrə ədalətli vəiddialı Yeni Kollektiv Kəmiyyət Məqsədinin razılaşdırılmasıdır. Bu,Paris Sazişinin qəbulundan sonra ilk böyük iqlim maliyyəsi hədəfiolacaq və biz razılaşma əldə etmək naminə tərəflərə dəstək olmaqüçün yorulmadan çalışırıq. COP29 sədrliyi problemin təcililiyinə vəmiqyasına adekvat olan, inkişaf etməkdə olan ölkələrinehtiyaclarını və prioritetlərini nəzərə alan ədalətli və iddialıYeni Kollektiv Kəmiyyət Məqsədinin razılaşdırılmasının TərəflərinParis Sazişinə və qarşıdakı illərdə iqlim fəaliyyətinə sadiqliyiüçün son sınaq olduğunu açıq şəkildə bəyan edib. Biz Yeni KollektivKəmiyyət Məqsədi üzərində konstruktiv işləməyə davam etməliyik vəCOP29-da prosesi uğurlu nəticəyə yönəltməliyik.

COP29 sədrliyi bu il həmçinin karbon bazarları üzrə nəticəyənail olmaq üçün Tərəflərlə işləyir. Tam işlək karbon bazarlarıMilli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin səmərəli şəkildə həyatakeçirilməsi və təsirlərin azaldılması üzrə ambisiyalarıngücləndirilməsi işində mühüm addım olacaqdır. Bununla yanaşı, biziqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqə,yaşıl enerji zonaları və dəhlizləri, enerji resurslarınınsaxlanması, iqlim davamlılığının harmoniyası, kənd təsərrüfatı,təmiz hidrogen və üzvi tullantılarda metanın azaldılması, yaşılrəqəmsal fəaliyyət və s. mövzuları əhatə edən 14 təşəbbüs irəlisürmüşük. COP29 Fəaliyyət Gündəliyindəki təşəbbüslərdən biri iqlimmaliyyəsi üçün innovativ mənbə kimi yanacaq istehsal edən ölkələrvə şirkətlər tərəfindən könüllü şəkildə dəstəklənməsi gözlənilənİqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılmasından ibarətdir.COP29 eyni zamanda, fikir ayrılıqlarının bir kənara qoyulması vəqlobal sülhə və iqlim gündəliyinə töhfə verilməsi üçün bir fürsətolacaqdır. Münaqişələr və getdikcə kəskinləşən iqlim böhranı kimiməsələlər arasında əlaqəni nəzərə alaraq, Azərbaycan bir neçə günəvvəl COP29 naminə Birgə Atəşkəs Çağırışı flaqman təşəbbüsünü elanedib. Mindən çox qeyri-hökumət təşkilatı, dini liderlər və görkəmlişəxsiyyətlər və bir çox tərəf artıq bu çağırışa qoşulub. Biz COP29ayı ərzində hər kəsi siyasi fikir ayrılıqlarını aşmağa, həmrəyolmağa və Atəşkəsə hörmət etməyə çağırırıq.

Zati-aliləri, Azərbaycan hər zaman beynəlxalq sülh vətəhlükəsizliyin, konfessiyalar və mədəniyyətlər arası dialoquntəşviq edilməsində, 2030 Dayanıqlı İnkişaf Gündəliyinə töhfəverilməsində və qlobal həmrəylik və çoxtərəfliliyingücləndirilməsində ön sırada yer alıb. 2019-2023-cü illər ərzindəAzərbaycanın Qoşulmama Hərəkatına sədrliyi Hərəkatın yüksələn roluvə beynəlxalq əlaqələrdə əməkdaşlıq ruhuna artan töhfəsi iləmüşayiət olunub. Çoxtərəfliliyin eroziyaya uğradığı bir vaxtdaAzərbaycan Respublikasının Prezidenti, zati-aliləri cənab İlhamƏliyevin uzaqgörən liderliyi altında beynəlxalq həmrəyliyingücləndirilməsi və qlobal çağırışlara qarşı kollektiv həllyollarının təşviqi istiqamətində qətiyyətli addımlar atılıb. “Heçkəsi geridə qoymamaq” kimi nəcib çağırışı rəhbər tutan Azərbaycanehtiyacı olan inkişaf etməkdə olan ölkələrə dəstəyini davametdirir. Biz 2020-ci ildən bəri 140-dan çox ölkəyə 330 milyon ABŞdolları dəyərində humanitar, iqtisadi və texniki dəstəkgöstərmişik.

Xanımlar və cənablar, Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyininmüddətinin yarısını arxada qoyduğumuz məqamda biz bu gündəliyinicrasında durğunluq müşahidə edirik. DİM-lərin cəmi 17%-nin icraedildiyi hazırkı vəziyyətdə təcili və sürətləndirilmiş tərəqqiyəehtiyacımız var. Biz milli səviyyədə DİM-lərin icrası məqsədiləlazımi addımlar atırıq və bununla başqalarına nümunə göstəririk.Biz 17 məqsəd, 88 hədəf və 119 göstəricini prioritetləşdirməkləmilli səviyyədə DİM-ləri tam əhatə etmişik. Buna vətəndaşcəmiyyəti, biznes ictimaiyyəti, gənclər və digər əsas maraqlıtərəfləri əhatə edən əməkdaşlıq və inklüziv proses vasitəsilə nailolunub. İki onillikdən az müddət ərzində Azərbaycanın ÜDM-i dörddəfə artıb. Yoxsulluq 49%-dən 5%-ə enib. Xarici dövlət borcunundünya üzrə ən aşağı səviyyələrdə, 2024-cü il ÜDM-inin təqribən 7%-iolacağı gözlənilir. Təmiz ətraf mühit və yaşıl inkişaf bizim yenimilli inkişaf strategiyamızın beş prioritet sahələrindən birinitəşkil edir. Buna uyğun olaraq, Azərbaycan istixana qazlarınınemissiyalarının daha da azaldılması yollarını axtarır və 1.5selsiyə uyğunlaşdırılmış Milli Səviyyədə Müəyyən Edilmiş Töhfəsiüzərində işləyir. Biz bir neçə ay əvvəl “2030 Qlobal Metan Vədi”nəqoşulmuşuq. Biz həmçinin 2050-ci ilədək Qarabağ və Şərqi Zəngəzurbölgələrində yaşıl enerji zonaları yaradacaq və karbonneytrallığına nail olacağıq. Azərbaycan dayanıqlı inkişafa,yoxsulluğun aradan qaldırılmasına və milyonlarla insanın regiondavə onun hüdudlarından kənarda təmiz enerjiyə keçidinə töhfəverməklə qlobal enerji təhlükəsizliyində mühüm rol oynamağa davamedəcəkdir. Azərbaycanda 2030-cu ilədək bərpa olunan enerjinin ümumielektrik enerjisi gücündəki payı 30%-ə çatacaqdır. Belə yüksəkhədəfin qoyulmasında məqsəd ilk növbədə, enerji səmərəliliyininartırılması və şəhər mühitində, nəqliyyat sistemlərində və sənayedəinnovativ həllərin tətbiqidir. Qarşıdakı illərdə bərpa olunanelektrik enerjisi istehsalının proqnozlaşdırılan artımı AzərbaycanaQara Dəniz Sualtı Kabel Layihəsi kimi əlamətdar transregionallayihə vasitəsilə Avropa ölkələrinə yaşıl elektrik enerjisiixracatçısına çevrilməyə imkan verəcək.

Cənab Prezident, artan çağırışlar fonunda birlik və həmrəylikiçində bir araya gəlmək, dialoqu və qarşılıqlı anlaşmanıgücləndirmək mütləq zərurətdir. Çoxəsrlik müxtəliflik vəmultikulturalizm ənənələrinə malik Azərbaycanın müxtəlifmədəniyyətlər və dinlər arasındakı dialoqa və əməkdaşlıq ruhuna,qarşılıqlı anlaşmaya və hörmətə sadiqliyi qətidir. Azərbaycanözünün “Bakı Prosesi” vəPeace4Culture” təşəbbüsləri də daxilolmaqla, bütün dünyada sülh mədəniyyətinin təşviqinə vəmədəniyyətlərarası və dinlərarası dialoqun həvəsləndirilməsinəxüsusi diqqət ayırır.

Zati-aliləri, xanımlar və cənablar, Ermənistanla silahlımünaqişənin sona çatması və Azərbaycanın suverenliyinin və ərazibütövlüyünün bərpası Cənubi Qafqazda tamamilə yeni şərait yaradıb.Onilliklərdən sonra ilk dəfə bölgədə sabitlik əldə edilib, de-faktosülh bərqərar olub. Məhz Azərbaycan hərbi işğala son qoymaqla, həriki tərəf üçün nəhayət düşmənçilik səhifəsini arxada qoymaq vəmehriban qonşuluq münasibətlərinə başlamaq üçün şərait yaradantərəfdir. Azərbaycan bu prosesə 44 günlük Vətən müharibəsindəkiqələbəsindən dərhal sonra başlayıb. Bu təklif münaqişənin onlarlaşəhərin, yüzlərlə qəsəbə və kəndin yerlə-yeksan edilməsi, tarixi vəmədəni irsin hər bir parçasının dağıdılması və təhqir edilməsi,təbii resursların vəhşicəsinə talan edilməsi formasında indiyədəkdavam edən sağalmamış yaralarına rəğmən irəli sürülmüşdür.Azərbaycan Ermənistana bərabər şərtlərdə, beynəlxalq hüququn normavə prinsiplərinə tuyğun olaraq, bir-birinin suverenliyi və ərazibütövlüyünün qarşılıqlı tanınması və hörmət edilməsi əsasında sülhtəklif etməklə siyasi müdriklik və iradə nümayiş etdirib. Son biril ərzində Azərbaycan və Ermənistan birbaşa ikitərəfli danışıqlaryolu ilə normallaşma prosesində, xüsusilə ikitərəfli müqaviləninhazırlanması, dövlət sərhədinin delimitasiyası və demarkasiyası,habelə etimad quruculuğu tədbirlərinin işlənib hazırlanmasıistiqamətində mühüm irəliləyişə nail olublar. Azərbaycan təkcə özmilli təhlükəsizliyi və rifahı üçün deyil, bütün regionun dahayaxşı gələcəyi naminə möhkəm məsuliyyət hissi ilə hərəkət edərək buprosesi irəli aparmağa davam edəcəkdir. Bu prosesi məntiqi sonluğaçatdırmaq xüsusunda bizim sadiqliyimiz və qətiyyətimiz dəyişməzolaraq qalır. Normallaşma prosesinin başa çatdırılması üçünErmənistan konstitusiya dəyişikliklərini həyata keçirməklə hüquqimüstəvidə Azərbaycana qarşı ərazi iddialarından birdəfəlik imtinaetməlidir. Ermənistanın hərbi büdcəsini kəskin artırması, həmənənəvi, həm də yeni təchizatçılardan külli miqdarda hücumsilahları alması, keçmiş münaqişəyə əsaslanan tezisləri vəstrukturları saxlamaq cəhdləri ilə birlikdə konstitusiyadəyişikliklərinin həyata keçirilməsi xüsusunda səhlənkarlığınormallaşma prosesini xələl gətirir.

Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınmasıməsələsi hüquqi boşluqda qaldığı, habelə, daxili hüquqi və yasiyasi ssenarilərdən asılı olduğu təqdirdə, sülh və mehribanqonşuluq münasibətlərinin qurulması dayanıqlı və dönməz ola bilməz.Qonşulara qarşı irredentizm və ərazi iddialarının səbəb olduğu buqədər ağrı və iztirablardan sonra “yarımçıq sülh” seçim ola bilməz.Azərbaycan bu kritik məqamda normallaşma prosesinin başaçatdırılması üçün qalan əngəlləri aradan qaldırmağa məqsədilə tamməsuliyyət hissi ilə təcili addımlar atmağa çağırır. Ermənistanınbeynəlxalq hüquqdan irəli gələn, habelə sülh prosesində öncədənüzərinə götürdüyü öhdəliklərə əməl etməklə bağlı məsuliyyəti iləyanaşı, bütün beynəlxalq ictimaiyyət də tərəfləri həqiqi, dayanıqlıvə əbədi sülhün bərqərar olmasına təşviq etmək məsuliyyəti daşıyır.Belə bir sülhə nail olunması tərəflərdən birinin digərinə qarşımanipulyasiya edilməsi və ya onlar arasında bölücü xətlərinçəkilməsi yolu ilə əldə edilməsi gözlənilən hər hansı dividentdənüstün tutulmalıdır. Dünyanın başqa bölgələrində iztirablara səbəbolmuş uğursuz təcrübələrin revanşizmi qızışdırmaq yolu ilə CənubiQafqaza sınaqdan keçirmək cəhdlərinə son qoyulmalıdır.

Zati-aliləri, ağır müharibə cinayətləri və insanlıq əleyhinəcinayətlərlə bağlı ədalətin təmin edilməsi keçmiş münaqişəninyaralarının sağaldılması baxımından müstəsna əhəmiyyət kəsb edir.Cinayətkarların cəzasızlığına son qoyulması qurbanların hüquq vəmənafelərinin təmin edilməsinə xidmət etməklə yanaşı, həmçininmünaqişədən sonrakı həqiqi normallaşma və barışığa aparan yoldaəsas ilkin şərtlərdir. Bu baxımdan münaqişə nəticəsində itkindüşmüş 4000-ə yaxın azərbaycanlının taleyinə aydınlıq gətirilməsimühüm əhəmiyyət kəsb edir. Bu problemin həlli təkcə cavabdehlik,qurbanların və onların ailələrinin hüquqları baxımından deyil, həmdə münaqişədən sonrakı barışıq və normallaşma üçün vacibdir.Ermənistandan qovulmuş 300 minə yaxın azərbaycanlı, beynəlxalqhüquq normaları kobud şəkildə pozulmaqla, öz ata-baba yurdlarındanməhrum qalmaqda davam edir. Qərbi Azərbaycan İcmasının dialoqabaşlamaq və vətənə təhlükəsiz və ləyaqətli qayıdışı təmin etməküçün dəfələrlə çağırışlarına baxmayaraq, Ermənistan hökumətionların Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və SiyasiHüquqlar Haqqında Beynəlxalq Paktda, Qaçqınların Statusu HaqqındaKonvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuşqayıdış hüququndan istifadə etmələrini rədd edir.

Zati-aliləri, xanımlar və cənablar, dövlətlərarası normallaşmaprosesi ilə yanaşı, Azərbaycan ölkə daxilində genişmiqyaslımünaqişədən sonrakı bərpa və yenidənqurma işlərinə başlayıb. Bu,yüz minlərlə azərbaycanlının öz evlərinə təhlükəsiz və ləyaqətliqayıtması kimi pozulmuş hüquqlarından istifadə haqqını təmin etməkməqsədi daşıyır. Hökumətin yorulmaz səyləri sayəsində hərbi işğalzamanı misli görünməmiş dağıntıların şahidi olmuş ərazilərə yenidənhəyat qayıdır. Təəssüf ki, Azərbaycan ərazilərinin mina və digərpartlayıcı qurğularla kütləvi şəkildə çirkləndirilməsi bərpa vəyenidənqurma işlərinin rəvan gedişatına ciddi maneə olaraq qalır.2020-ci ildə münaqişə bitəndən bəri 377 nəfər, o cümlədən mülkişəxslər minaların qurbanı olub. Bunu nəzərə alaraq, AzərbaycanDİM18, mina təhlükəsi ilə mübarizəyə dair fəaliyyətlər üzrə milliməqsədi təqdim edib. Problemin miqyasını nəzərə alaraq,Azərbaycanın humanitar minatəmizləmə potensialının gücləndirilməsiüçün beynəlxalq dəstəyin artırılmasına təcili ehtiyac vardır.Fürsətdən istifadə edərək, Azərbaycanda humanitar minatəmizləməişinə səxavətlə töhfə verən bütün ölkələrə və digər maraqlıtərəflərə təşəkkür edirəm və beynəlxalq dəstək və həmrəyliyinartırılmasına dair çağırışımızı bir daha təkrarlayıram.

Cənab Prezident, xanımlar və cənablar, Sonda mən Azərbaycanınbeynəlxalq hüquqa hörməti təşviq etmək, beynəlxalq həmrəylik vəəməkdaşlığa sərmayə qoymaq yolu ilə beynəlxalq sülh vətəhlükəsizliyə daha çox töhfə verməyə dair sadiqliyini bir dahatəsdiqləmək istəyirəm.

Biz çətinliklərin öhdəsindən gəlmək və özümüz və sonrakınəsillər üçün daha parlaq gələcəyə yol açmaq naminə müştərəksəylərin güclü tərəfdarı olmağa davam edirik. Təşəkkür edirəm”.

Избранный
13
38
az.trend.az

10Источники