RU

Minlərlə sakini olan qəsəbənin uşaq bağçası yoxdur

Suraxanı rayonunun Dədə Qorqud qəsəbəsinin sakinləri deyirlər ki, əvvəl 50 ailədən ibarət olan qəsəbənin indi minlərlə sakini var. Ancaq bircə dənə də olsun uşaq bağçası yoxdur.

Xezerxeber.az-ın xəbərinə görə, sakinlər bildirir ki, bir məhəllədə təxminən 50 uşaq var.

Uşaqları bağçaya Suraxanı, Əmircan, yaxud Bülbüləyə aparmaqdan ötrü yol xərci tələb olunur. Buna isə bir çox ailələrin maddi baxımdan imkanları çatmır.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Xəzər Xəbər"ə bildirildi ki, əraziyə baxış keçirildikdən və ehtiyaclar bir daha müəyyənləşdirildikdən sonra məsələyə aydınlıq gətiriləcək.

Ətraflı videoda:

Minlərlə sakini olan qəsəbənin uşaq bağçası yoxdur

Minlərlə sakini olan qəsəbənin uşaq bağçası yoxdur

Избранный
20
6
hakimiyyet.az

10Источники