RU

"Matçın bizim üçün çətin və gərgin keçəcəyini düşünürdük" - Rəşad Sadıqov

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 8-ci turunda “Kəpəz” üzərində 3:0 hesablı qələbələrindən sonra təşkil olunmuş mətbuat konfransında jurnalistlərə açıqlama verib.

Bizim.Media xəbər verir ki, o, əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb:

"Oyundan qabaq da matçın bizim üçün çətin və gərgin keçəcəyini düşünürdük. Çünki rəqib neçə tur idi ki, uduzurdu. Onlarda baş məşqçi dəyişikliyi baş vermişdi. Son turlarda da hər zaman rəqiblər üzərində müəyyən dəqiqələrdə şansları olurdu, fərqlənə bilsələr, matç fərqli məcrada gedərdi.

"Sabah"ı 2:0 məğlub edirdilər. Bu məqamları nəzərə alıb düşünürdük ki, matç bizim üçün çətin keçəcək. İlk hissə həqiqətən belə oldu. Rəqib bizə çoxlu pressinq tətbiq edirdi. Bəzən pressinqdən çıxa bilirdik, bəzən isə çətinlik çəkirdik. Qapımızda çoxsaylı standart vəziyyətlər də oldu.İkinci hissədə oyun bizim üçün daha rahat keçdi, inamlı qələbə qazandıq. Futbolçuları bu münasibət ilə təbrik edirəm".

Mütəxəssis Salifu Sumanın dəyişikliyini də şərh edib: "Onun dəyişilməsi sarı vərəqə ilə bağlı idi. Futbolçuya yaraşmayan vərəqə oldu. Ondan sonra rəqibin futbolçuları ilə 1-2 epizodda mübahisə etdi. Bilirik ki, provakasiyaya gedən futbolçudur. Ona görə də, fasilədə onu dəyişdik".

Bizim.Media

Избранный
3
22
bizim.media

10Источники