RU

Misli Premyer Liqası: “Neftçi” – “Sumqayıt” oyununda qalib müəyyənləşməyib

Misli

Bakı, 28 sentyabr, AZƏRTAC

Futbol üzrə Misli Premyer Liqasında VIII turun növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, “Neftçi” doğma meydanda “Sumqayıt”ı qəbul edib. Görüş qollu heç-heçə ilə nəticələnib - 1:1.

“Neftçi” 5 xalla 8-ci, “Sumqayıt” isə 7 xalla 7-ci pillədə qərarlaşıb. Günün ilk oyununda “Zirə” “Kəpəz”i 3:0 hesabı ilə üstələyib.

Bu nəticədən sonra “Zirə” 15 xalla 3-cü pilləyə yüksəlib. Xalı olmayan “Kəpəz” isə sonuncu – 10-cu sırada qərarlaşıb.

Qeyd edək ki, ötən gün turun açılış oyununda “Araz-Naxçıvan” “Səbail”i məğlub edib – 3:2.

Избранный
10
24
azertag.az

10Источники