RU

Berdiyev "Turan" rəhbərliyinə əmr etdi – Onu necə gətirmisiz, elə də yola salın

«Turan Tovuz»un baş məşqçisi Kurban Berdiyev gündə bir fikrə düşür.

Onun öz korpusunda dəyişiklik etmək fikrinə düşməsi barədə bugünlərdə məlumat vermişdik.

Cari mövsümdən Azərbaycanda işə başlayan mütəxəssis köməkçilərindən Yakov Erlixin fəaliyyətindən narazıdır.

Rusiyalı çalışdırıcı fiziki hazırlıq üzrə yardımçısından gileyini artıq gizlətmir və bunu klub rəsmiləri ilə söhbətində də dilə gətirib.

69 yaşlı qış fasiləsində onunla yolları ayırmağı düşündüyünü bildirib.

Bu arada o da məlum olub ki, tərəflər arasında bir neçə mübahisə düşüb. Berdiyev Erlixə dəfələrlə irad tutub və acılayıb.

Baş məşqçinin xoşuna gəlməyən hal futbolçuların tez-tez zədələnməsidir.

«Rubin»in sabiq çalışdırıcısı iddia edib ki, düşərgədə zədəli oyunçuların sayının durmadan artması fiziki hazırlıq üzrə yardımçısının öz işinin öhdəsindən gələ bilməməsiylə əlaqədardır.

Berdiyev funksionerlərə göstəriş verib ki, müqavilədən irəli gələn maliyyə öhdəliklərini Erlixlə danışsınlar. Çünki o, «Turan»a elə rəhbərlik tərəfindən gətirilib.

Çalışdırıcı bununla tapşırmaq istəyib ki, onu necə gətirmisiz, elə də yola salın.

Əgər Erlix Berdiyevin özünün gətirdiyi məşqçi olsaydı, digərləri kimi, onunla da 2+1 illik müqavilə imzalanardı, daha 6 aylıq yox.

SPORTİNFO.AZ

Избранный
15
sportinfo.az

1Источники