RU

Azərbaycan alimləri Özbəkistanda

Özbəkistanın Cizzak Dövlət Pedaqoji Universitetinin 50 illiyi ilə bağlı “Təhsilin inkişafı strategiyası dəyərlərə əsaslanan tərəqqidır” adlı elmi-praktik konfrans keçirilib.

Ölkəmizi bu tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova, bu univesitetin Müasir Azərbaycan dili kafedrasının müdiri, dosent Könül Səmədova təmsil ediblər.

Mahirə Hüseynova bildirib ki, Cizzax Dövlət Pedaqoji Universiteti fəaliyyətdə olduğu yarıməsrlik müddətdə ancaq Özbəkistanda deyil, onun sərhədlərindən uzaqlarda da şərəfli müəllim adını yüksəldən on minlərlə müəllim yetişdirib.

O, Azərbaycan və özbək xalqlarının dostluğu və qardaşlığından danışaraq deyib: “Hələ orta əsrlərdən bəri böyük Nizami və Əlişir Nəvai, Məhəmməd Füzuli və Zəhirəddin Məhəmməd Babur, Nəsimi və Munis Xarəzmi, həmçinin digərlərinin yaradıcılığında bu yaxınlıq qabarıqdır. Bu qabarıqlıq ancaq mövzu və ideya deyil, həm də janr eynilikləri ilə də diqqəti çəkir”.

M.Hüseynova onu da vurğulayıb ki, Füzuli şəhərinin bərpası zamanı burada ilk ümumtəhsil məktəbi binasının məhz qardaş Özbəkistan dövlətinin tikərək hədiyyə etməsinin böyük rəmzi mənası var.

Tədbirdə Cizzaq Dövlət Pedaqoji Universitetinin 50 illiyi ilə əlaqədar Mahirə Hüseynovaya bu ali məktəbin fəxri professoru adı verilməsi ilə bağlı diplom təqdim edilib.

Sonra konfrans bölmələr üzrə davam edib. Bölmə sessiyalarında Könül Səmədova da çıxış edib.

Qulu KƏNGƏRLİ,
XQ-nin xüsusi müxbiri
Cuzzak

Избранный
8
xalqqazeti.az

1Источники