RU

Lerikdə narkokuryerliyə cəlb olunmuş şəxslər saxlandı

Image

Lerik Rayon Polis Şöbəsinin əməkdaşları çətin relyef şəraiti olan dağlıq-meşəlik ərazidə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat həyata keçiriblər.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, tədbirlərlə 28 yaşlı Orxan Ələkbərov, 27 yaşlı Rafik Şəmmədov və 24 yaşlı Seymur Ağalı saxlanılıblar.

Onlardan şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdikləri ümumilikdə 2 kiloqram tiryək və marixuana aşkarlanıb.

Araşdırmalarla saxlanılan şəxslərin həmin narkotik vasitələri satışının təşkil olunmasından ötrü paytaxt ərazisinə çatdırmağa razılaşdıqları müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırma aparılır.

ZÜMRÜD





Избранный
2
19
baki-xeber.com

10Источники