RU

İcra başçısı “YAŞAT” Fondunun dəstəyi ilə Türkiyədə ürək əməliyyatı keçirən şəhid anası Səadət Bağırovanı evində ziyarət edib

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP TərtərRayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə “YAŞAT” Fondunun dəstəyiilə Türkiyənin Medicalpark Xəstəxanasında ürək əməliyyatı keçirən şəhidBağırlı Mirsədi Mircəfər oğlunun anası Səadət Bağırovanı evində ziyarət edib,onu əhvalını soruşaraq səhəti ilə maraqlanıb.İcra başçısı Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdanrəhmət, ailələrinə səbr diləyib. Qeyd edib ki, Prezident, Ali Baş Komandancənab İlham Əliyevin rəhbərliyi altında şanlı tarix yazan oğullarımızla,şəhidlərimizlə, qazilərimizlə hər kəs fəxr edib, qürur duyur. Azərbaycan xalqıvə dövləti var olduqca şəhidlərimizdə qəlblərdə əbədi yaşayacaq.Rayon rəhbəri dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman şəhid ailələrinə diqqət vəqayğı ilə yanaşdığını, dövlət başçısının hər kəsə şəhid və qazi ailələrininproblemlərinə həssaslıqla yanaşmağı tapşırdığını bildirib.Qeyd edək ki, Mirsədi Bağırlı 2000-ci ilin iyun ayının 12-də Tərtər şəhərindəanadan olub. O, 2020-ci ilin 17-18 avqustunda Azərbaycan–Ermənistan dövlətsərhədinin Qazax rayonu sahəsində Babaqar dağı istiqamətində gedən hərbiəməliyyatda savaşıb. Həmin əməliyyat nəticəsində Dövlət Sərhəd Xidmətininmövqelərinin 1700 metr irəliyə gəlməsinə nail olunub. Azərbaycan OrdusununSərhəd Qoşunlarının kiçik giziri olan Mirsədi Bağırlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olanərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasıüçün başlanan Vətən müharibəsi zamanı əvvəlcə Kəlbəcər istiqamətində,sonra isə Hadrutun və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.Mirsədi Bağırlı oktyabrın 10-da Cəbrayıl döyüşləri zamanı şəhid olub. Bərdərayonunun Mehdixanlı kəndində dəfn olunub.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşəməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrasızamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün AzərbaycanRespublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasənMirsədi Bağırlı ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyəgörə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə AzərbaycanRespublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidentMehriban xanım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.Dia-az.Media

Избранный
10
dia-az.info

1Источники