RU

“Helen” qasırğası ABŞ-da 43 nəfərin həyatına son qoyub

Bakı. Trend:

“Helen” qasırğası ABŞ-nin cənub-şərqində azı 43 nəfərin ölümünəsəbəb olub, milyonlarla insan işıqsız qalıb.

Trend xəbər verir ki, ABŞ-ninQasırğaları İzləmə Mərkəzi qasırğanın 24 saat ərzindəsəngiyəcəyini, lakin güclü külək, daşqın və torpaq sürüşməsitəhlükəsinin qalacağını bildirib.

Hakimiyyət orqanlarının məlumatına görə, Florida ştatında səkkiznəfər, Corciya ştatında biri xilasedici olmaqla 15 nəfər, CənubiKarolina ştatında 17 nəfər, Şimali Karolina ştatında iki nəfər,Virciniya ştatında isə bir nəfər həlak olub. Sığorta şirkətləriqasırğanın vurduğu zərəri milyardlarla dollar həcmindəqiymətləndirir.

“Helen” qasırğası cümə axşamı günü yerli vaxtla saat 23:10-da(Bakı vaxtı ilə cümə günü saat 7:10) Florida ştatının şimalınaçatıb. Qasırğanın mərkəzində küləyin sürəti saatda 225 kilometrolub. Leysan yağışları səbəbindən bölgədə daşqınlar baş verib.

Избранный
10
13
az.trend.az

10Источники