RU

“Qarabağ”ın bəxti “dəhşətli dərəcə”də gətirmədi” - Rusiya qəzeti

style='margin-bottom:10px;'>

Rusiyanın nüfuzlu “Sport-Ekspress” qəzeti Avropa Liqasının 1-ci turunun “Tottenhem” - “Qarabağ” oyunundan yazıb.

QOL.az-ın xəbərinə görə, ingilislərin 3:0 hesabı ilə yekunlaşan bu matça toxunan ruslar qeyd edilər ki, “Qarabağ”ın bəxti “dəhşətli dərəcə”də gətirməyib. Bununla belə, "Tottenhem"in səviyyəcə Ağdam klubundan üstün olduğu və səhvləri bağışlamadığı qeyd olunub. Yazıda növbəti matçlarda "Qarabağ"a inam da ifadə olunub.

Müəllif Andrey Kuziçev yazır: “Qurban Qurbanovun komandasının yaxşı imkanları oldu. Komanda əla kombinasiyalı futbol nümayiş etdirdi, lakin onların bəxti “dəhşətli dərəcə”də gətirmədi. Juninyonun qolu oyundankənar vəziyyətə görə ləğv olundu, Cəfərquliyevin zərbəsini Vikario “doqquzluq”dan çıxardı, Bayramov isə ümuniyyətlə, penaltini yerinə yetirə bilmədi. Ancaq bu, elə səviyyə fərqidir. “Tottenhem” rəqibindən üstün idi, bu da ona “Qarabağ”ı istənilən səhvə görə cəzalandırmağa imkan verdi”.

Bununla yanaşı müəllif hesab edir ki, "Qarabağ"ın digər rəqiblərə qarşı oyunda şansları daha çox olacaq.

Избранный
6
teleqraf.com

1Источники