RU

Azərbaycanlı futbolçu komandasına kömək edə bilmədi

Albaniya Superliqasında VII turun oyunları keçirilir.

Prosport.Az xəbər verir ki, Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" növbəti matçına çıxıb.

Azərbaycanlı futbolçunun komandası "Partizani"ni qəbul edib. Qarşılaşma meydan sahiblərinin 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Zamiq meydana start heyətində çıxıb və sona qədər oynayıb. 

Qeyd edək ki, "Eqnatiya" 11 xalla turnir cədvəlində üçüncü pillədədir.

Избранный
5
2
prosport.az

3Источники