RU

Sentyabrın 29-na olan hava proqnozu AÇIQLANIB

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycan ərazisində sentyabrın 29-da gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 14-18°, gündüz 22-26° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 767 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70%, gündüz 40-45% olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 12-17°, gündüz 22-27°, dağlarda gecə 4-8°, gündüz 8-13° isti olacaq.
Избранный
7
33
oxu.az

10Источники