RU

Ölkənin xarici borcunun azalması iqtisadiyyatın dinamik inkişafının göstəricisidir - Kamaləddin Qafarov

Bakı. Trend:

Sentyabrın 26-da ölkə Prezidenti İlham Əliyevin iştirakı iləkeçirilmiş və iqtisadi inkişafa həsr olunmuş müşavirədə müzakirəedilən əsas məsələlər iqtisadiyyatın daha da şaxələndirilməsi vədayanıqlı inkişaf modelinin təkmilləşdirilməsi ilə bağlı idi.Təsadüfi deyil ki, dövlətimizin başçısı öz çıxışında bu məsələlərinəsas hədəf olduğunu xüsusi vurğuladı.

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisindeputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili qeyd edib ki, iqtisadi inkişaf templəri həm builin sonuna qədər saxlanılacaq, həm də gələn il lazımi səviyyədəolacaq.

“Cənab Prezident vacib məsələlərdən biri kimi, xaricisərmayələrin xüsusilə qeyri-neft sektoruna cəlb edilməsi üçün birçox təşviq layihələrinin həyata keçirildiyini bildirdi.Azərbaycanda mövcud olan sabitlik və proqnozlaşdırılan vəziyyət,uzun illərdir davam edən müsbət sərmayə qoyuluşu prosesi,investisiyaların adambaşına düşən həcminə görə Azərbaycanınqabaqcıl ölkələr sırasında yer almasına əlverişli zəminyaradıb.

Bununla belə, xarici investorların ölkəmizə olan münasibətinindaha da yaxşılaşmasına Azərbaycanın öz ərazi bütövlüyünü vəsuverenliyini tam bərpa etməsi faktı da böyük təsir göstərib. Vətənmüharibəsində əldə olunmuş parlaq qələbə, eləcə də keçən ilinsentyabr ayında keçirilmiş antiterror əməliyyatının nəticələritəbii olaraq bütün investorlara müsbət siqnal göndərmişdir və biz,dövlət başçımızın qeyd etdiyi kimi, bunun bəhrəsini indi görürük.Bakı və Sumqayıt kimi ənənəvi sənaye məntəqələri ilə yanaşı, indiazad edilmiş torpaqlarda, Ağdam və Cəbrayıl rayonlarında yenisənaye parklarının yaradılması çox müsbət hal kimiqiymətləndirilməlidir”.

Fikirlərini davam etdirən K.Qafarov daha sonra qeyd edib ki,Prezident İlham Əliyevin ölkənin xarici borcunun azalması ilə bağlıtəqdim etdiyi açıqlamalar respublika iqtisadiyyatının dinamikinkişaf etdiyini bir daha təsdiqləyir:

“Məlumdur ki, hər bir ölkənin xarici borcunun ümumi daxiliməhsula nisbəti iqtisadi inkişafın mühüm göstəricilərindən biridir.Bu baxımdan Azərbaycanın dünya miqyasında qabaqcıl ölkələrsırasında olması iqtisadiyyatımızın dayanıqlı və dinamikinkişafından xəbər verir. Prezident İlham Əliyev ölkəmizdə xariciborcun ümumi daxili məhsula nisbətdə cəmi 7,5 faiz təşkil etdiyinidiqqətə çatdıraraq bildirdi ki, bu hal gələcəkdə daha az vəsaitinxarici borcun qaytarılmasına sərf edilməsinə imkan yaradır.

Dövlətimizin başçısı gələn ilin əsas xərclərinin, ilk növbədə,ölkənin hərbi potensialının gücləndirilməsi, təhlükəsizliyin təminedilməsi, dövlət sərhədlərinin qorunması, hərbi sənaye kompleksinininkişafı, təhsil xərcləri, Qarabağın və Şərqi Zəngəzurun bərpası vədigər layihələrlə bağlı olacağını da diqqətə çatdırdı. Azərbaycanöz resurslarına arxalanan güclü və müstəqil iqtisadiyyata sahibdirki, bu da ölkəmizin müstəqil xarici siyasət aparmasına imkan verir”.

Избранный
1
20
az.trend.az

10Источники