RU

Lerikdə narkokuryerliyə cəlb olunmuş şəxslər saxlanılıblar

Lerik, 28 sentyabr, AZƏRTAC

Lerik Rayon Polis Şöbəsinin əməkdaşları çətin relyef şəraiti olan dağlıq-meşəlik ərazidə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər. 28 yaşlı Orxan Ələkbərov, 27 yaşlı Rafik Şəmmədov və 24 yaşlı Seymur Ağalı saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, onlardan şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdikləri, ümumilikdə, 2 kiloqram tiryək və marixuana aşkarlanıb.

Araşdırmalarla saxlanılan şəxslərin həmin narkotik vasitələrin satışının təşkil olunması üçün paytaxt ərazisinə çatdırmağa razılaşdıqları müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Избранный
5
19
azertag.az

10Источники