Bakı, 28 sentyabr, AZƏRTAC
Azərbaycanın bədii gimnastı Şəms Ağahüseynova Monteneqronun Budva şəhərində keçirilən Balkan Kubokunda qızıl medal qazanıb.
Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yığma üzvü top, lent və çoxnövçülük proqramları üzrə birinci yerin sahibi olub.
Sentyabrın 26-sı start götürən yarışa ayın 29-u yekun vurulacaq.