RU

Mingəçevirdə 36 min manatlıq dələduzluq: Saxlanılan var - FOTO

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən 62 yaşlı Tahir Qurbanov saxlanılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə DİN-in mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. 

Bildirilib ki, o, vətəndaşları işə düzəltmək və digər vədlərlə aldadaraq onların 36 min manat pulunu ələ keçirib. 

Saxlanılan şəxs zərərçəkmişlərə özünü hüquq müdafiəçisi kimi təqdim edib. 

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə T.Qurbanov barəsində həbs qətimkan tədbiri seçilib. Onun qanunsuz əməllərindən zərər görən başqa şəxslər olarsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər. 


Bizim.Media

Избранный
2
25
bizim.media

10Источники