RU

ABŞ-də "Helen" qasırğası: 40-dan çox insan həlak olub

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ-nin cənub-şərqində "Helen" qasırğası nəticəsində azı 43 nəfər həlak olub.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə BBC xəbər yayıb.
Bildirilir ki, milyonlarla insan elektriksiz qalıb.
Məlumata görə, qasırğa əvvəlcə Floridaya zərbə vurub, sonra şimala doğru Corciya, Şimali və Cənubi Karolina ştatlarına keçib.
"Helen" bir gün sonra xeyli zəifləsə də, meteoroloqlar güclü külək, leysan və tornado təhlükəsinin davam etdiyi barədə xəbərdarlıq yayıblar. Qasırğa zonasında evlər və yollar qismən su altında qalıb.
Sığorta şirkətləri "Helen"in vurduğu ziyanı milyardlarla dollar həcmində qiymətləndirirlər.
Qeyd edək ki, "Helen" qasırğasına dördüncü kateqoriya verilib, bu, ikinci ən güclü qasırğa səviyyəsidir və küləyin sürəti saatda 240 km-ə çatır. Ümumiyyətlə, "Helen" ABŞ-də bütün müşahidə dövrü ərzində qasırğaların gücü reytinqində 14-cü yeri tutub. Onun eni 675 km qiymətləndirilir ki, bu da artıq tarixdə üçüncü nəticədir. Bundan böyük olanlar 2017-ci ildə "İda" və 1996-cı ildə "Opal" olub.
Избранный
14
50
oxu.az

10Источники