RU

"Qarabağ" səfərdə rəqiblərinə 8 qol vurdu – Akademiyadakı nəticələr

"Qarabağ"ın 16 və 15 yaşadək komandaları son turda böyükhesablı qələbələr qazanıb.

Prosport.Az müvafiq olaq Asif Əlizadə və Rauf Əliyevin baş məşqçisi olduğu komandaların nəticələrini, qol müəlliflərini, turnir cədvəlindəki yerlərini və növbəti oyunlarının vaxtı və məkanını təqdim edir:

AFFA U-16 Liqası
VI tur
"Lion" – "Qarabağ" 1:8
Qollar: Murad İbrahimli (8), Polad Hüseynov (19, 79, 88), Uğur Qurbanlı (23), Əli Bəşirov (55, 65), Məhəmməd Ramazanov (70)  
Bakı. FHN İdman Mərkəzinin stadionu

Əvvəlki oyunlar
III tur
"Qarabağ" – "Neftçi" 3:0

IV tur
"Qarabağ" – ASTA 12:0

"Qarabağ" turnir cədvəlində 9 xalla 5-cidir. 3 oyunu təxirə salınmış Ağdam təmsilçisi sabah saat 15:00-da UFA-nı (Universal Football Academy) qəbul edəcək. Oyun "Sərhədçi" İdman Mərkəzinin stadionunda keçiriləcək.

AFFA U-15 Liqası
I turdan təxirə salınmış oyun
"Şamaxı" – "Qarabağ" 0:8
Qollar: Murad İsmayılov (14), Cavidan Əlizadə (17, 39), Məhəmməd Məmmədov (25), Daniil Rəcəbov (44, 52, 65), Camal Hüseynli (63)
Şamaxı. Şəhər stadionu

Əvvəlki oyunlar
III tur
"Qarabağ" – "Metak" 4:0

IV tur
"Zirə" – "Qarabağ" 0:1

VI tur
"Qarabağ" – "Dinamo" 14:0

Qapısında top görməyən və maksimum nəticə ilə irəliləyən "Qarabağ" 12 xalla 4-cü sıradadır. Rəqiblərdən 2 oyun az keçirən "Qarabağ"ın növbəti turda "Turan Tovuz"la matçı da təxirə salınıb. Buna səbəb "Qarabağ"ın 10 futbolçusunun sabah Belarusun paytaxtı Minskdə başlayan UEFA İnkişaf turnirində U-15 millimizin heyətində yer almasıdır.   

Избранный
25
prosport.az

1Источники