RU

Qazaxda 27 sentyabr- AnımGününə həsr olunmuş“Məğrur xalqın qürur günü” mövzusundatədbir keçirildi

27 sentyabr 2024-cü il tarixdə YAP Qazax rayon təşkilatında 27  sentyabr -  Anım Gününə həsr olunmuş “Məğrur xalqın qürur günü” mövzusunda tədbir keçirildi.

Tədbir iştirakçıları əvvəlcə Şəhidlər Xiyabanına gedərək Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsinə ucaldılmış abidə kompleksinin önünə tər qərənfillər düzərək müqəddəs Şəhidlərimizə olan dərin hörmət və  ehtiramlarını bildirdilər. 

YAP Qazax rayon təşkilatında  davam edən tədbirdə  Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 

Tədbiri YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev açaraq şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr dilədi və  Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız Cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan  şəhidlərimizin, qazilərimizin keçdiyi şərəfli döyüş yolundan, qəhrəmanlığından geniş danışdı. A.Nəbiyev Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında müstəqil, suveren Azərbaycanımızın qazandığı nailiyyətlərdən, əldə etdiyi uğurlardan, qarşıda duran hədəflərdən də ətraflı bəhs etdi.

Tədbirdə  çıxış edən  Qazax   RİHB  –   nın    müavini   Gülayə    Həsənova, Vətən müharibəsi qazisi Samir Çobanov, şəhid atası Elxan Abdullayev, gənc partiya fəalı Pəri İbrahimova çıxış edərək  44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qələbədən, dünya hərb tarixinə yeni səhifə yazan qüdrətli Azərbaycan ordusunun şücaətindən ətraflı danışdılar. Natiqlər müdrik Azərbaycan xalqının Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında yeni – yeni uğurlara, qələbələrə imza atacağına böyük  əminliklərini  bildirdilər.   

Sonda partiya veteranlarından şair Cavanşir Rüstəm, Kazım Kazımlı müqəddəs şəhidlərimizə həsr etdikləri şeirlərini səsləndirdilər və qəhrəman övladlarımıza rəhmət dilədilər.

Избранный
2
1
yeniazerbaycan.com

2Источники