RU

Bu qadınlar heç vaxt ana ola bilməyəcək - Həkimdən şok açıqlama

Hər kəs, xüsusilə qadınlar ideal çəkiyə sahib olmaq istəyir. Bunun əlçatan yollarından biri dieta saxlamaqdır. Pəhrizlərin "n" qədər növü mövcuddur. Ancaq doğru üsul seçməmək insanın sağlamlığına ciddi ziyan vurur. Hətta bir sıra xarici mütəxəssislər iddia edir ki, ağır pəhriz üsullarından istifadə qadınları ana olmaqdan məhrum edə bilər. 

Yenisabah.az-a mövzunu şərh edən həkim-dietoloq Leyla Zülfüqarlı deyilənlərə aydınlıq gətirib: 

“Yağ toxuması mübadilə sisteminin vacib elementlərindən sayılır və orqanizm üçün əhəmiyyətli funksiya daşıyır. Bu səbəbdən doğru yağ toxumasının olması böyrəklərin sallanmasının qarşısını almış olur. Ona görə səhv üsulla arıqlayan insanların iç yağlarının çox parçalanmasının nəticəsində bu orqanların ətrafında yağlanma gedərkən, böyrəklər sallanır  və xaricdən qarınətrafı yağlar qalır. Hormon mübadiləsinin ən mühüm mərkəzlərindən biri olan yağ toxumasında pozulmalar nəticəsində qadınlar hamilə qalmaqda çətinlik çəkirlər. Yağ toxumasının funksiyasından xəbərdar olmaq bu səbəbdən dolayı çox önəmlidir.

Hormonal disbalans olduqda bir çox hormonların, həmçinin cinsiyyət hormonlarının dəyişməsi nəticəsində qadınlarda ən ciddi mərkəz sayılan reproduktiv sistemin, qadın cinsiyyət orqanlarının funksiyasının itirilməsini dəfələrlə müşahidə etmişik. Bu praktikada çox geniş yayılan hadisədir. Sonsuzluğa səbəb olan amillərin içərisində qarınətrafı yağlarının öz funksiyasını itirməsi də yer alır. 

Bir dietoloq olaraq, belə məsələlərdə özümü şanslı hiss edirəm. Çünki pasientlərimin içərisində 15-20 il müddətində sonsuzluqdan əziyyət çəkən qadınları arıqlatmağım nəticəsində onlara körpə bəxş edə bilmişik. Burada hər hansı bir ginekoloji müdaxilə yox, bizim hormonal sistemə etdiyimiz doğru təsir nəticəsində baş verən möcüzə olub”. 

Həkim vurğulayıb ki, qalıcı nəticə olmadıqda edilən pəhrizin heç bir mənası qalmır: 

“Pəhriz saxlayan insanlar bunu nə qədər gözəllik üçün etsələr də, bir o qədər də sağlamlıq üçün olduğunu dərk etməlidirlər. Necə arıqlamaq sual altında olan bir məsələdir. Bu qədər asan bir məsələ olsa idi, indi bütün bloqqerlərin və arıqlamaq üçün müxtəlif yollardan keçənlərin qalıcı nəticələri olardı. Həmişə nəticə danışır. Bizdə elə pasient var ki, 60 kilonu 6 ay ərzində verib və heç bir qarın sallanması olmayıb. Hətta sallanmış qarını müalicə edib həmin insanı xroniki xəstəliklərdən xilas etmişik. İnsanlar bilsin ki, özbaşına arıqlamaq deyil, çəki artıran səbəbi tapıb onu aradan qaldırmaq lazımdır. Bu ən doğrusudur”. 


Избранный
4
6
news24.az

7Источники