RU

Azərbaycanda devalvasiya olacaq? - Nazir iddialara cavab verdi

Azərbaycanın maliyyə naziri Samir Şərifov ölkədə devalvasiya olacağı ilə bağlı iddialara aydınlıq gətirib.

Bakupost.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə nazir jurnalistlərə açıqlamasında bildirib.

“Milli Məclisə təqdim etdiyimiz dövlət büdcəsinin növbəti il üçün layihəsində hesablamalarımız mövcud məzənnə üzərində qurulub. Ölkəmizdə devalvasiya olacağı dedi-qodudan başqa bir söhbət deyil. Bu məsələni şərh etmək istəmirəm”, – deyə nazir qeyd edib.

Qeyd edək ki, Maliyyə Nazirliyinin hesabatına əsasən, İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2025-2028-ci illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi sabit, cari ilin səviyyəsində götürülüb. Proqnozlara əsasən, ortamüddətli dövrdə əhalinin gəlirlərinin artaraq 2028-ci ildə 112,5 milyard manata, xərclərinin isə 107,9 milyard manata qədər yüksəlməsi gözlənilir.


Избранный
4
31
bakupost.az

10Источники