RU

Kriştianu Ronaldu qol vurdu, komandası qələbə qazandı

Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldunun qol vurduğu matçda "Ən-Nəsr" Səudiyyə Ərəbistanı Pro Liqasının 5-ci turunda qələbə qazanıb.

Oxu.Az xəbər verir ki, doğma meydanda "Əl-Vəhda" kollektivini qəbul edən Ər-Riyad təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.

Görüşdə hesabı 41-ci dəqiqədə Qabriel Ancelo açıb. 56-cı dəqiqədə isə Kriştianu Ronaldu penalti zərbəsini dəqiq yerinə yetirməklə matçda yekun hesabı müəyyənləşdirib.

Qeyd alınan nəticənin ardından "Ən-Nəsr" məğlubiyyətsizlik seriyasını beş oyuna çatdıraraq, 11 xalla ikinci yerdə qərarlaşıb. "Əl-Vəhda" kollektivi isə 4 xalla və 11-ci pillədə yer alıb.

Избранный
6
5
hakimiyyet.az

10Источники