Dağıstanın paytaxtı Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb...
APA xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ölənlərdən ikisi uşaqdır.
Hadisə nəticəsində daha 10 nəfər yaralanıb.
***
Dağıstanda yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.
APA xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
“Dağıstanda yanacaqdoldurma məntəqəsində biri uşaq olmaqla 5 nəfər ölüb. Hadisə yerində 119 mütəxəssis və 27 texnika işləyir”, - məlumatda deyilir.
***
Dağıstanın paytaxtı Mahaçqalada yanacaqdoldurma məntəqəsində partlayış baş verib.
APA-nın Rusiya bürosu xəbər verir ki, şəhər meriyası partlayış nəticəsində ölən və yaralıların olduğunu açıqlayıb.
Respublikanın səhiyyə nazirliyi yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində 4 nəfərin həlak olduğu haqqında məlumat yayıb.
Poliqon.info