RU

Kriştiano Ronaldo karyerasında 903-cü qolunu vurub

“Əl-Nəsr”in və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo Səudiyyə Ərəbistanı Pro Liqasında “Əl-Vəhda” ilə matçda 903-cü qolunu vurub.

90deqiqe.Az xəbər verir ki, qarşılaşmada hesabı 41-ci dəqiqədə “Əl-Nəsr”in hücumçusu Qabriel Ancelo açıb. Daha sonra Kriştiano Ronaldo 56-cı dəqiqədə 11 metrlik zərbəni qola çevirərək meydan sahiblərinin üstünlüyünü artırıb.

Kriştiano Ronaldo tarixdə rəsmi matçlarda 903 qol vuran ilk futbolçu olub. Ronaldo “Sportinq”də 5, “Mançester Yunayted”də 145, “Real”da 450, “Yuventus”da 101, “Əl Nəsr”də 70, millidə isə 132 qol vurub. Hücumçu futbol tarixinin, milli komandaların, Avropa çempionatının, Çempionlar Liqasının və Klublararası Dünya Çempionatının bombardiridir.

Ronaldonun hazırkı klubu ilə hazırkı əmək müqaviləsi 2025-ci ilin yayına qədərdir. Transfermarkt internet portalında verilən məlumata görə, 39 yaşlı futbolçunun bazar dəyəri 15 milyon avrodur.

Избранный
8
13
90deqiqe.az

10Источники