RU

Hindistanda bayram ayinində faciə: 40-a yaxın uşaq boğuldu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Hindistanın Bihar ştatında "Jivitputrika" festivalı zamanı azı 43 nəfər, o cümlədən 37 uşaq boğulub, daha üç nəfər itkin düşüb.
Oxu.Az-ın məlumatına görə, bu barədə Biharın Fövqəladə Hallarla Mübarizə Departamentinin nümayəndələri jurnalistlərə məlumat veriblər.
Bildirilir ki, insanlar festival zamanı ştatın müxtəlif yerlərində çaylarda və göllərdə müqəddəs yuyunma mərasimləri zamanı həlak olublar.
"Hazırda ümumilikdə 43 cəsəd tapılıb. Axtarış əməliyyatı davam edir", - deyə departamentdən bildirilib.
Faciəli hadisələr ştatın 15 rayonunda qeydə alınıb.
"Jivitputrika" - Biharda ən böyük festivallardan biridir. Bu zaman hindistanlı qadınlar övladlarının rifahı naminə oruc tutur və su hövzələrində müqəddəs yuyunma mərasimləri həyata keçirirlər. Bir qayda olaraq, qadınlar dini mərasimə öz uşaqlarını da aparırlar.
Избранный
12
5
oxu.az

6Источники