RU

Dağıstanda yanacaqdoldurma məntəqəsində partlayış - Ölən və yaralananlar var

Dağıstanın paytaxtı Mahaçqalada yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, partlayış nəticəsində 1-i uşaq olmaqla, 5 nəfər həlak olub, yaralılar var.

Partlayış zamanı enerji obyektlərinə ziyan dəydiyi, yaxın ərazilərdə elektrik enerjisi təchizatının dayandırıldığı bildirilir.

Избранный
10
3
qafqazinfo.az

4Источники