RU

Netanyahu Qəzzada müharibənin dayandırılması şərtini açıqlayıb

Qəzza zolağında müharibə yalnız Fələstin anklavının silahsızlaşdırılması, girovların azad edilməsi və Fələstinin radikal HƏMAS hərəkatı təslim olacağı təqdirdə başa çatacaq. Elchi.az “RİA Novosti”yə istinadən xəbər verir ki , bunu İsrailin baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasının tribunasında deyib.O qeyd edib ki, İsrail “Qəzzada məskunlaşmaq niyyətində deyil”; Netanyahu bildirib ki, yalnız bundan sonra o, bu döyüş raundunun sonuncu olacağına əmin ola bilər.“Biz Qəzzada mülki administrasiyaya dəstək vermək üçün regional və digər tərəfdaşlarla işləməyə hazırıq və girovlarla bağlı mənim Həmas qaçıranlarına bir mesajım var – onları azad edin! Onların hamısını azad edin!” – deyib.Netanyahu vurğulayıb ki, HƏMAS “silahlarını yerə qoysa, təslim olsa və oğurlananların hamısını azad etsə” müharibə indi başa çata bilər.“Ancaq bunu etməsələr, tam qələbə qazanana qədər mübarizə aparacağıq. Bu qələbənin alternativi yoxdur”, – deyə o, yekunlaşdırıb.Nuranə Məmmədova 

Избранный
17
27
elchi.az

10Источники