RU

AZAL-ın rəhbərliyi və kollektivi şəhidlərin xatirəsini yad etdi - Fotolar

Sentyabrın 27-də Anım Günü ilə əlaqədar “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) rəhbərliyi və kollektivi inşası davam etdirilən Zəfər parkını ziyarət edib.

Yenisabah.az xəbər verir ki, ziyarətçilər xatirə daşının önünə gül dəstələri düzərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına canlarından keçmiş şəhidlərin xatirəsini dərin ehtiramla yad ediblər.

Vətən övladlarının müstəsna fədakarlığı və cəsarəti sayəsində otuzillik işğala cəmi 44 gün ərzində son qoyulub. Qarabağ və Şərqi Zəngəzur, o cümlədən Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri düşmən işğalından azad edilib. azal vakansiya

Azərbaycanın Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən 27 sentyabr Anım Günü kimi qeyd olunur. Bu gündə bütün Azərbaycan xalqı Azərbaycanın suverenliyi və bütövlüyü uğrunda canlarından keçmiş əsgər və zabitləri dərin ehtiramla anır.


Telegram kanalımız
Избранный
2
19
yenisabah.az

10Источники