RU

11 aylıq körpənin dəstəyə ehtiyacı var: "Müalicəsini edə bilsək, vəziyyəti stabil qala bilər"

11 aylıq Nəcəfin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə hakimiyyet.az-a onun anası Səbinə Bilalova məlumat verib.

O bildirib ki, övladı qaraciyər çatışmazlığından əziyyət çəkir:

"Nəcəf ötən ilin oktyabr ayında dünyaya gəlib. Həmiləliyim və doğumdan sonrakı ilk aylarda onun səhhətində hər şey normal idi. İyun ayının sonunda onun bədənində qançırlar əmələ gəlməyə başladı. Əvvəlcə bunun ciddi bir şey olmadığını düşünsək də, sonradan həkimə müraciət etdik. Müayinə zamanı həkim övladımın qaraciyər çatışmazlığından əziyyət çəkdiyini dedi".

Səbinə Bilalova yardımsevər şəxslərdən övladına dəstək istəyib:

"Nəcəfin xəstəliyini dəqiqləşdirənə qədər inanın çox xərc çəkdik. Hazırda onun müalicələrini edirik. Həkimlər müalicələri vaxtlı-vaxtında etsək, onun vəziyyətini stabil saxlaya biləcəklərini deyirlər. Özüm evdar qadınam, yoldaşım isə yemək şirkətlərinin birində kuryer kimi çalışır. İnanın, gecəsini gündüzünə qatsa da, yenə də çatdıra bilmirik. Evin kirayəsi, uşağın yeməyi, dərmanları, müayinəsi artıq çatdırmırıq. Nəcəfin müalicəsi üçün aylıq 400-500 manata ehtiyacımız olur. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".

Ailə ilə əlaqə: (051) 762-37-91.

Kapital Bank: 4169 7388 9196 3492.

Избранный
3
2
hakimiyyet.az

3Источники