RU

ATİAHİ-də islatalara başlanılır - Yeni sədr Ziyafət Xasıyeva ilə yolları ayıracaqmı?

ATİAHİ-də islatalara başlanılır - Yeni sədr Ziyafət Xasıyeva ilə yolları ayıracaqmı?




Dəfələrlə Ziyafət Xasıyeva ilə ATİAHİ rəhərliyinə şikayətlər edilsədə sonda heçbir nəticə olmayıbAzərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqına yeni sədr seçildi. Araz Paşayevin İttifaqın sədri seçilməsindən sonra  qurumda ciddi islahatlara başlayacağı gözlənilir. Ölkəmizdə fəaliyyət göstərən Həmkarlar təşkilatının sədrləri eyni vəzifədə az qala ömrünün yarsını keçirirlər. İllərdir Təhsil sektorunun rəhbərləri ilə əlbir olan həmkəralar təşkilatı sədrləri sadəcə qurumun vəsaitlərini mənimsəməklə məşğuldurlar. AzFakt.com-un əldə etdiyi məlumata görə belə təşkilat sədrlərindən biri də Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şəki Rayon Komitəsinin sədri Ziyafət Xasiyevadır. 2016-ci ildən ATİAHİ Şəki rayon komitəsinin sədri işləyən Ziyafət Xasiyevanın əsas işi Təhsil sketorunun rəhbəri ilə əlbir olaraq təşkilatın balansında olan vəsaiti müxtəlif tədbirlər adı altında mənimsəməkdən ibarət olub. Məlumata görə Ziyafət Xasıyeva Qax icra başçısının Humanitar sahə üzrə müavin və məktəb direktoru işlədiyi üçün təşkilatda  vəsaitlərin necə və hansı cür silinməsini mükəmməl bilir. Dəfələrlə Ziyafət Xasıyeva ilə ATİAHİ rəhərliyinə şikayətlər edilsədə sonda heçbir nəticə olmayıb. Çünki xanım Xasıyeva ATİAHİ rəhbərliyi ilə yaxşı əlaqlər qurmuşdu. İndi isə Araz Paşayevin ATİAHİ-yə yeni sədr seçilməsi Ziyafət Xasıyevanın işini çətinləşdirib. Saytımızın əldə etdiyi məlumata görə Araz Paşayevin ATİAHİ-da aparacağı islahatlarda vəzifəsi ilə vidalaşacaq rayon Həmkərlar təşkilat sədrləri arasında Ziyafət Xasıyevanında adının olması gözləniləndir. Qarşı tərəfin mövqeyini verməyə hazırıq.




Xəbərin oxunma sayı :
73

Избранный
2
1
azfakt.com

2Источники