RU

"Haber Global": Dörd il əvvəl on milyon azərbaycanlının hər biri əsgərə çevrilmişdi

Bu gün İkinci Fəxri xiyabanda 44 günlük Vətən müharibəsi şəhidləri hörmətlə anılır. Dörd il əvvəl sentyabrın 27-də on milyon azərbaycanlının hər biri əsgərə çevrilmişdi.

SeherXeber.org xəbər verir ki, bu barədə "Haber Global" televiziyasının 27 sentyabr - Anım Günü ilə bağlı videosüjetində bəhs edilib.

Süjetdə qeyd edilib ki, köçkünlərin doğma yurduna qayıdışı nə qədər sevindirici haldırsa, həmin yurd uğrunda şəhid olanların məzarını ziyarət etmək də bir o qədər qürurvericidir:

“Dörd il əvvəl bir milyon məcburi köçkünün 30 ildən sonra öz yurduna qayıdacağı gününə ilk addım atıldı. Hadisələrdən illər keçməsinə baxmayaraq, şəhid ana və atalarının qəlbindəki yara təzədir. Amma onlar bu gün hörmət və qürur hissi ilə övladlarının məzarını ziyarət edirlər”.

"Haber Global"ın videosüjetində həmçinin 2023-cü ilin sentyabrın 19-20-də həyata keçirilən antiterror əməliyyatı haqqında da məlumat verilib və onun əhəmiyyəti vurğulanıb.

"Haber Global"ın Anım Günü ilə bağlı tam süjetini təqdim edirik:

Избранный
3
5
seherxeber.org

6Источники