RU

Döyüş meydanında yazılan tarix

Bakı, 27 sentyabr, AZƏRTAC

Sentyabrın 27-də AMEA-nın A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda Anım Gününə həsr olunmuş tədbir keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru İlqar Niftəliyev Vətən müharibəsində qazanılan Zəfərin regionda yeni reallıqlar yaratdığını vurğulayıb.

Tədbirdə “Azərbaycan ərazilərinin işğaldan azad edilməsi: 44 günlük müharibə”, “İşğaldan azad olunmuş ərazilərdə dinc quruculuq və bərpa prosesi” mövzularında məruzələr dinlənilib. Məruzələrdə Vətən müharibəsinin hərbi, siyasi, sosial, iqtisadi nəticələri təhlil edilib.

Qeyd olunub ki, 44 günlük müharibənin nəticəsi milli həmrəyliyimizin təntənəsidir. Azərbaycan oğulları döyüş meydanında xalqımızın qəhrəmanlıq tarixini yazıblar.

Tədbirin qonağı olan Vətən müharibəsi qaziləri də çıxış edərək, keçdikləri döyüş yolu ilə bağlı xatirələrini bölüşüblər.

Избранный
9
azertag.az

1Источники