RU

Kristiano Cuntoli: “Yuventus” - qalib gəlməli olan bir klubdur”

“Yuventus”un idman direktoru Kristiano Cuntoli klubun maliyyə məsələsi və komandanın liqadakı məqsədi barədə danışıb.

Arena.az “Forza Juventus” dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Yuventus” – mütləq qalib gəlməli olan bir klubdur. Bu tək xüsus deyil, amma ən vacibi də elə, budur. Klubu layiq olduğu yerə qaytarmaq üçün maliyyə tarazlığını və güclü rəqabət qabiliyyətini saxlamalıyıq. İstiqamətimiz? Biz yolumuzu addım-addım gedirik, liqanın ən gənc komandalarından biriyik və bizim mühüm layihəmiz var”, deyə Cuntoli bildirib.

Xatırladaq ki, Kristiano Cuntoli “Yuventus”un idman direktoru vəzifəsinə 2023-cü ildə təyin edilib. Əvvəllər italyan mütəxəssis “Napoli”nin uğurları üçün çalışıb.

Cari mövsüm İtaliya A Seriyasının 5 oyununda 9 xal toplamış “qoca sinyora” yarış cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Избранный
13
arena.az

1Источники